SON DƏQİQƏ: Kiyevdə neft bazasına RAKET atıldı -

Ukraynanın Kiyev vilayətinin Vasilkov şəhərində neft bazası hava hücumundan sonra yanıb.

Metbuat.az "UNİAN"a istinadla xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib. Kiyev vilayətinin polisinin verdiyi məlumata görə, hərbi aerodrom ərazisinə azı 6 raket atılıb. Nəticədə sursat anbarı zədələnərək, içəridə olan mərmilər partlamağa başlayıb.

Hazırda xilasedicilər hadisə yerindədir. Polis yaxınlıqdakı evlərə ziyan dəyib-dəymədiyini araşdırır. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR