Ukrayna ordusuna 1 milyon köçürən azərbaycanlı GÖRÜN KİMDİR -

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oktay Əfəndiyev Ukrayna ordusuna yardım edib.

Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov öz “Facebook” səhifəsində məlumat verib.

O qeyd edib ki, COVID-19-un yayılmasından bəri, iki ilə yaxın müddətdə Ukraynada yaşayan azərbaycanlıların aztəminatlı ailələrinə yardım edən Oktay Əfəndiyev hərbi təcavüzdən sonra Ukrayna ordusuna yardım fonduna 3 milyon qriven köçürüb:

“Onun bu addımı Azərbaycan diasporunun digər nümayəndələrini də ruhlandırıb. Soydaşlarımız Ukrayna ordusunun qələbəsi üçün əllərindən gələni edir, böyük pullar xərcləyirlər. Hər birimiz işğalçıya qarşı ədalətli müharibənin ümumi xəzinəsinə töhfə verməyə can atırıq.

Əminəm ki, hər birimizin mümkün köməyi evimizə xaincəsinə basqın edən düşmən üzərində qələbə çalmağa imkan verəcək. Slava Ukraine!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR