Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır:

“Kiyev və Moskva razılıq əldə etməyə yaxınlaşıb”.

Metbuat.az xəbər verir ki, Ukrayna prezident adminstrasiyasının rəhbərinin köməkçisi Mixeil Podolyak belə açıqlama verib. O bildirib ki, danışıqların 4-cü turu üçün hazırlıqlar davam edir. “Daha bir toplantının həyata keçirilməsi üçün qarşılıqlı hüquqi formatlar müəyyən edilir” - deyə Podolyak bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların dördüncü raundunun bu gün keçiriləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR