Azərbaycan Premyer Liqası: Təxirə salınan oyun bu gün baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, "Qəbələ" evdə "Zirə" klubu ilə üz-üzə gələcək. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdiriləcək. Bu müddətədək oyunda hesab açılmayıb.

Azərbaycan Premyer Liqası

XIX tur

14 mart

12:30. "Qəbələ" – "Zirə" (İKİNCİ HİSSƏ)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR