Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Bu gün Rusiya və Ukrayna arasında növbəti danışıqlar aparılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək”, - Podolyak tviterdə yazıb.

Bundan başqa, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar martın 14-ü videoformatda davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR