"Şəxsi heyətin 30%-dən çoxunu itiriblər" -

Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya ordusunun itkiləri barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri rus ordusu şəxsi heyətinin 30%-dən çoxunu itirib. Aleksey Arestoviç bildirib ki, indiyə qədər rus ordusunun itkiləri 13 min civarındadır, 18 mini isə yaralanaraq, döyüş qabiliyyətini itirib. Son bir neçə gün ərzində təkcə Mariupol yaxınlığında 250-yə yaxın rus hərbçisi öldürülüb, 700-dən çoxu isə yaralanıb. Ukraynalı rəsmi Rusiyanın Ukraynanı işğal etmək üçün 100 min hərbçi yeritdiyini açıqlayıb.

Qeyd edək ki, bəzi mənbələrdə Rusiyanın bölgəyə əlavə hərbi qüvvələr cəlb etdiyi barədə məlumatlar yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR