"Zirə" yarımçıq matçın davamında səfərdə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda ilə "Zirə" arasında ötən gündən təxirə salınmış matçın davamı keçirilib. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən oynanılıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, turun ilk 3 matçında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR