Poltava vilayətinin Nikolayev şəhərini bombalayan pilotun anası Ukrayna xalqından üzr istəyib.
Metbuat.az xəbər verir ki, bu barədə qadının sosial mediada müraciəti yayılıb. Ana bildirib ki, oğlu Aleksey Qolovenskinin əməlini öyrənəndə utanc hiss keçirib. Məlum olub ki, hadisə zamanı ana da Poltava vilayətində olub. Yəni oğul anasının yaşadığı vilayəti bombalayıb. Bildirilir ki, pilot Krımda xidmət edirmiş. İddialara görə, 2014-cü ildə Krımın ilhaqından sonra Aleksey, Rusiya tərəfinə keçib.
Qeyd edək ki, Alekseyin olduğu təyyarə ötən həftə Ukrayna ordusu tərəfindən vurulub. Pilot əsir düşüb. Pilotun əsir düşməsinə dair görüntülər yayılandan sonra ana oğlunun əməlindən xəbər tutub.