İctimai iaşə dövriyyəsi kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2 dəfə artaraq 176,4 mln. manat olub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,4%-i hüquqi şəxslərin, 50,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,4 dəfə artaraq 86,1 mln. manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR