Brent neft ucuzlaşdı

Dünya bazarında neft ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 5,19% azalaraq 1 barelə görə 101,35 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 5,15% azalaraq 97,70 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR