Ukrayna müharibənin bitəcəyi tarixi açıqladı: Ruslar ya geri çəkiləcək, ya da...

Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçisi Aleksiy Arestoviç müharibənin bitəcəyi tarixi açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya qüvvələrinin ehtiyatları böyük ölçüdə azalıb. Buna görə də, Rusiya ordusu yaxın vaxtlarda mübarizəni dayandıracaq. Arestoviç hesab edir ki, Rusiya may ayının əvvəlinə qədər mübarizə apara bilər.

“Ya 1-2 həftə ərzində sülh müqaviləsi sürətlə imzalanacaq ya da ruslar hərbçilərini geri çəkəcək. Digər ehtimal isə Rusiya suriyalı qüvvələri gətirəcək. Biz onları əzəndən sonra Moskva razılığa gələcək. Məncə may ayını keçməz. Ən gec may ayının əvvəllərində sülh müqaviləsi imzalanmış olarıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR