Rusiyanın Ukraynada etdiyi 3 DƏHŞƏTLİ SƏHV: Putin bunları gözləmirdi -

“Moskva Ukraynada bu 3 vəziyyəti güman etmədiyi üçün çətinliklə üzləşdi”.

Metbuat.az xəbər verir ki, Türkiyənin ehtiyatda olan polkovniki Eray Güçlüer Ukraynadakı vəziyyəti şərh edərkən belə açıqlama verib. O bildirib ki, Moskva güman edirdi ki, Rusiya ordusunun qəfil hücumundan sonra Ukraynalı hərbçilər təslim olar. Lakin bunun əksinə olaraq onlar daha cəsarətlə döyüşdü. Polkovnikin sözlərinə görə, Kremlin güman etdiyi digər məsələ isə Ukrayna xalqının rusları xoş qarşılayacağı idi. Amma bunun əksi baş verdi.

Rusiyanın digər səhvi isə prezident Vladimir Zelenski ilə bağlı idi. Ruslar Zelenskinin qaçacağını güman edirdi. Lakin Ukrayna prezidenti əksinə davranaraq, Ukrayna xalqının birlik olmasında önəmli rol oynadı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR