Ukraynada müharibənin taleyini dəyişdirəcək həmlə: Mühüm nəticə əldə edildi

Rusiya ordusu Krım və Donbas bölgələri arasındakı strateji əhəmiyyətə malik dəhlizi ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ria novosti agentliyi məlumat yayıb. İddialara görə, dəhlizin ələ keçirilməsi ilə Rusiya Krım və Donbasın birləşdirilməsinə nail olub. Nəticədə Krım və Donbasdakı hərbi qüvvələr quru yoluyla bir-birilərinə dəstək verə biləcək. Krım rəhbərinin köməkçisi Georgiy Muradov məlumatı təsdiq edərək bildirib ki, Krımdakı hərbçilər quru yolu ilə Donetskdəki rusiyameyilli qüvvələrə dəstək verə biləcək.

Bu uğur həmçinin Rusiyanın Ukraynanın Qara dəniz sahillərindəki digər ərazilərini ələ keçirməsinə şərait yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR