Rusiya ordusu "başını itirib": Öldürülən generalların sayı 4-ə çatdı

Ukraynada öldürülən rus generalların sayı 4-ə çatıb.


Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, rus general Oleq Mityaev ötən gün Mariuopul şəhərində öldürülüb. Məlumata görə, 46 yaşlı Oleq Mityaev 150-ci motoatıcı diviziyanın komandanı idi. General bundan əvvəl Suriyadakı birliklərə rəhbərlik etmişdi.

Qeyd edək ki, bundan əvvəl Ukraynada general Vitali Gerasimov, general Andrey Sukuveskiy və general Andrey Kolesnikov öldürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR