Dünyaca məşhur sənətçi Ərdoğan haqqında: Ona heyranam -

Türkiyənin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq Xeyirxahlıq Mükafatları" proqramında mükafatlandırılmış Böyük Britaniyanın məşhur sənətçisi Yusuf İslam video müraciətində prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına xoş sözlər deyib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ərdoğan dünya müsəlmanları üçün bütün gücünü ortaya qoyur. “Prezident Ərdoğanın dünya müsəlmanları üçün göstərdiyi səylərə heyranam. Dünya müsəlmanları Ərdoğanın liderliyini, sülhə və sabitliyə dəstəyini təqdir edir” - deyə sənətçi vurğulayıb.

Qeyd edək ki, əvvəl adı Ket Stevens olan musiqiçi 1948-ci ildə Londonda anadan olub. Musiqiçi 1977-ci ildə İslam dinini qəbul edərək, adını Yusuf İslam olaraq dəyişib. 1960-1970-cı illərdə onun 60 milyondan çox albomu satılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR