"Müharibə olsa 3-4 gün tab gətirə bilərik" -

Ukraynadakı vəziyyət bir sıra Avropa ölkələrinin orduya diqqətini artırmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, Almaniya artıq ABŞ-dan F-35 qırıcılarını almağı nəzərdən keçirir. Fransa rəsmiləri də ordunun gücləndirilməsi üçün çağırışlar edib. Senatonun Xarici Əlaqələr və Müdafiə Komitəsinin rəhbəri Kristian Kambon bildirib ki, mümkün müharibə zamanı Fransa ordusu 4 gün davam gətirə bilər.

Onun sözlərinə görə, ordu kifayət qədər sursata sahib deyil və ehtiyatlar 3-4 gün ərzində tükənəcək. Komitə sədri qeyd edib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq, Fransa hərbi ehtiyatlarından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR