Kadırov Putinin “günah keçisi”dir -

"Kreml Kadırovçulardan çeçen müqavimətinə, daha sonra Gürcüstana və Suriyaya qarşı uğurla istifadə etdi. İndi də həmin üsulu Ukraynada tətbiq edir. Məqsəd xalqlar arasında nifrət toxumu səpməkdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri Ukraynanı müdafiə edən "Coxar Dudayev" batalyonunun komandiri Adam Osmaev hesab edir ki, Kadırov Putinin ona seçdiyi bu rolu bəyənir və Ukraynada atdığı addımlar ilə Rusiya prezidentinin rəğbətini qazanmağa, onun "sevimlisi" olmağa çalışır.


"Ukraynada rus qoşunlarının tərkibində müxtəlif millətlərin nümayəndələri döyüşür, lakin Rusiya imperiya prinsipi ilə təşkil olunduğuna görə hamısı rus əsgərləridir. Heç kim yazmır, demir ki, tatar və ya başqırd əsgərləri də vuruşular amma hamı çeçenlərdən danışır. Çünki bilərəkdən çeçen və Ukrayna xalqı arasında münaqişə yaradırlar. Ümumiyyətlə Kadırovun adamları Ukraynadakı DPR və LNR tərəfdarları kimi öz xalqına satqındırlar" deyə könüllü dəstənin komandiri vurğulayıb.

Qroznıda həbs edilən və Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilmiş hüquq müdafiəçisi İbrahim Yanqulbayev hesab edir ki, Putin Çeçenistan başçısından “günah keçisi” yaratmaq istəyir.

Yanqulbayev deyir ki, ukraynalıların rus qoşunları tərəfindən deyil, Kadırovçular tərəfindən öldürüldüyü stereotipi tətbiq etmək Rusiya təbliğatı üçün faydalıdır.

"Kadırov öz rolunu bəyənir. O başa düşür ki, Putin olmasa, o da olmayacaq. Ona görə də o, Kremlin bütün sifarişlərini heyranlıqla yerinə yetirir”, - İbrahim Yanqulbayev belə deyib.

Heç Moskva da Çeçenistan rəhbərinin döyüş bölgəsinə səfərini təsdiqləməyə tələsmir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin bununla bağlı məlumatı yoxdur. Bu da Peskovun çeçen siyasətçini incitməsi ilə bağlı ilk fakt deyil.

"Ramzan Kadırov sıradan bir qubernator deyil, demək olar ki, yüzdə bir qubernatordur, tamamilə müstəqil siyasi xadimdir. Amma o Rusiya qanunlarına və ya digər məmurlara qarşı məcburi məhdudiyyətlərə tabedir. Çeçenistandan olan Rusiya Qvardiyası döyüşçüləri sadəcə olaraq işğal olunmuş ərazilərdə “asayişi” təmin etmək funksiyasını daşıyırlar" deyə Peskov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR