Ermənistanda nə baş verir? -

Ermənistanın Vardenis rayonunda ( Basarkeçər) vəziyyət gərginləşib.

Metbuat.az "Hrparak"a istinadən xəbər verir ki, bələdiyyə seçkilərindən narazı qalan Ağsaqqallar Şurası iclas keçirərək “Demokratik Alternativ” partiyasının namizədi Aharon Xaçatryanın mer seçilməsinə qarşı çıxıblar. Buna səbəb seçki zamanı qanun pozuntusunun əsas gətirilməsi olub.

Nəticədə qızğın münaqişə baş verdiyindən hadisəyə polis qüvvələri müdaxilə etmək məcburiyyətində qalıblar. Sonra Ağsaqqallar Şurasının üzvləri məhkəməyə müraciət edərək Xaçatryanın mer seçildiyi ilk iclasının etibarsız sayılmasını tələb ediblər. Məhkəmə iddianı qismən təmin etsə də “Demokratik Alternativ” partiyasının namizədi Aharon Xaçatryan yenidən səs çoxluğu ilə mer seçilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR