Ruslar quru hücumlarında uğur əldə edə bilmədi - Dənizdən bombalayırlar

Rusiyanın Qara dənizdəki qüvvələri Ukraynanın Odessa şəhərinə zərbələr endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyindən açıqlama verilib. Bildirilib ki, bu gün səhər saatlarında Odessaya top və raket atışları həyata keçirilib. “Rus donanmasına aid gəmilər Tusla kəndi sahillərindən top və raket atışları etdi. İşğalçılar sahil müdafiə sistemimizi test etməyə çalışır. Dənizçilər quruya çıxmağa cəhd göstərmədi” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Odessa hazlrda Ukraynanın Qara dənizə çıxışı olan tək bölgəsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR