Çernobılda HƏYƏCAN TƏBİLİ:

"Bir müddətdir Çernobılı nəzarətdə saxlayan Rusiya ordusu AES-i talamağa başlayıb".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ukrayna Dövlət Agentliyi yanında İctimai Şuranın sədri Oleksandr Syrota da təsdiq edib. Onun sözlərinə görə, rus əsgərləri sistem blokları, ofis avadanlıqlarını, iş paltarlarını götürrməyə başlayıblar.

"Çernobıldan xəbərlər var.Hərbçilər insanlara toxunmur, lakin şəhərdə yerləşən bütün müəssisələrin ofislərini qarət ediblər. Sistem bloklarını, ofis avadanlıqlarını, kombinezonları mərkəzdən çıxarırlar".

Syrotanın sözlərinə görə, müəssisələrin ərazisində qalan avtomobillər dağıdılıb, Çernobılda elektrik enerjisi yoxdur.

"Ümumilikdə şəhərdə 300-ə yaxın insan qalıb. Ərzaq və yanacaq böhranı var. Qısa müddətdən sonra qəza generatorlarının dayanmağı ilə Çernobılın təhlükəsizlik sistemləri də çalışmayacaq. Əgər atom elektrik stansiyasından çıxan nüvə tullantıları mütəmadi olaraq soyudulmasa, radiasiya sızması baş verəcək" deyə Syrota qeyd edib.

Qeyd edək ki, bundan əvvəl rus işğalçılarının Zaporojye və Çernobıl AES-dən hərbi baza kimi istifadə etdiyi barədə xəbərlər yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR