"Məsləhətsiz alınan dərmanların xeyirdən çox ziyanı var" -

"Fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər kəskinləşmə dövrü keçirir. Bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin yaz aylarında kəskinləşdiyi vaxtdır".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Həkim balanslı qida qəbulunu tövsiyə edib:

"Balanaslı qidalanmaq önəmlidir. Amma düzgün qidalanma güclü immunitet demək deyil. Burada yuxu rejimi, bol miqdarda maye, hər şeyin mövsümündə qidalanmaq vacibdir. Meyvə və tərəvəzlər sezona uyğun olaraq yeyilməlidir, həftədə bir dəfə balıq yeyilməldir. Hisə verilən və qızardılmış yeməklərdən uzaq olun".

Nazirlik rəsmisi qeyd edib ki, immun sistemində çatızşmazlıq yaranarsa, bu zaman özbaşına dərman qəbul etmək düzgün deyil:

"Məsləhətsiz alınan dərmanların xeyirdən çox ziyanı var. Əgər immun sisteimdə zəiflik varsa, ilk növbədə həkimə müraciət etmək lazmdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR