12 uşaq anası olan ukraynalı qadın döyüşdə HƏLAK OLDU

Ukraynalı hərbi həkim Olqa Semidyanova Rusiya Silahlı Qüvvələri ilə döyüşlərdə həlak olub.

Metbuat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Semidyanovanın qızı Yuliya Volkovanın sözlərinə görə, döyüş zamanı Ukrayna Silahlı Qüvvələrinin komandiri bütün qadınları cəbhədən göndərmək əmrini verib, lakin Olqa öz yoldaşlarının yanında qalmaq istəyib. Son dəqiqəyə kimi ukraynalı əsgərləri xilas etməyə davam edən Olqa martın 3-də Donetsk və Zaporojya vilayətlərinin sərhəddində gedən döyüşdə həlak olub.

Qeyd edək ki, Olqa Semidyanovanın 6 övladı olub. O, həmçinin 6 uşağı da övladlıq alaraq onlara analıq edib. Bu səbəbdən Ukraynada Olqa Semidyanovaya "Qəhrəman ana" mükafatı verilib.

Обірвалося життя матері шістьох дітей: загинула в бою з окупантами


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR