“Kiyevin kabusu” ləqəbli qəhrəman pilot həlak oldu -

Rusiyanın 14-ə qədər təyyarə və helikopterini məhv edən “Kiyevin kabusu” ləqəbli ukraynalı pilotun həlak olduğu barədə məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. İddia edilir ki, rus qüvvələrinin hücumu nəticəsində Ukraynanın çox sayda hərbçisi həlak olub. Onların arasında Ukraynanın qəhrəmanına çevrilən pilot da olub.

Qeyd edək ki, onun kimliyi barədə dəqiq məlumat yoxdur. Rusiya tərəfi həmin pilotun amerikalı olduğunu iddia etmişdi.

Ukraynalı pilot döyüş tapşırıqlarını “Miq 29” qırıcı təyyarəsi ilə icra edəndən sonra dərhal yoxa çıxdığına görə, sakinlər onu “Kiyevin kabusu” adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR