Çavuşoğludan Lavrova QƏTİ MESAJ: Müharibə dayanmalıdır

Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başa çatıb.

Metbuat.az xəbər verir ki, tərəflər görüşdən sonra mediaya açıqlama verib. Lavrov bildirib ki, Rusiyanın məqsədi Ukraynanı silahsızlaşdırmaqdır. Onun sözlərinə görə, Ankara bu məsələdə balanslı siyasət yürüdür. Çavuşoğlu isə bəyan edib ki, Türkiyə Ukrayna məsələsində üzərinə düşən tədbirləri həyata keçirir:

“Zelenski və Putin arasındakı görüşə məmuniyyətlə ev sahibliyi edərik. Ümid edirəm ki, iki lider razılaşma əldə etmək üçün görüşəcək. Ukraynadakı müharibə dayanmalıdır. Müharibələrin qalibi, sülhün isə məğlub olanı olmaz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR