Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 218,6 min və ya illik ifadədə 3,7 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, bu nəqliyyat növü ilə yükdaşıma 30,8% artaraq 103,3 min ton olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR