Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb

10:32 19 Yanvar 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 10:27 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. 2014-cü il ərzində narkotiklərlə bağlı aşkar olunmuş faktlar üzrə 2408 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin hesabatında qeyd olunub.

 

Cinayət məsuliyyətinə cəlb olunanlardan 1-i 18 yaşadək, 210-u 18-25 yaşadək, 351-i 26-29 yaşadək, 1846-sı 30 yaş və ondan yuxarı, 24-ü fəhlə, 8-i qulluqçu, 1-i nəqliyyat işçisi, 1-i ali məktəb tələbəsi, 2179 işləməyənlər və oxumayanlar, 26-sı xarici ölkə vətəndaşları, o cümlədən 5-i MDB vətəndaşı, 57-si qadınlar, 2349-u kişilər, 752-si əvvəllər məhkum olunanlar, 24-ü isə əvvəllər qeydiyyatda olanlardır.

 

Bunlarla yanaşı 96 nəfər inzibati qaydada məsuliyyətə cəlb edilib. Onlardan 57-si həbs, 34-ü cərimə və 6-sı xəbərdarlıq edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR