İranda şiddətli zəlzələ baş verdi

İranın cənubunda yerləşən Hörmüzgan vilayətində rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ ətraf vilayətlərdə də hiss edilib. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR