Bayden yenə səhv saldı: Kamala Harrisə "Birinci xanım" dedi - VİDEO

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı ölkənin Birinci xanımını səhv salıb.

Metbuat.az xarici mediyaya istinadla xəbər verir ki, ABŞ prezidenti səhvən vitse-prezident Kamala Harrisi “birinci xanım” adlandırıb. Vitse-prezident Kamala Harrisin tədbirə qatılmama səbəbini açıqlayan Bayden “Birinci xanımın həyat yoldaşı koronavirusa yoluxub” deyib. Bu zaman Ağ Ev rəhbərinə “Birinci xanımın əri sənsən” deyə kənardan müdaxilə ediblər.

“Düzdür. O, haqlıdır. Bu mənəm”, - deyə Bayden gülərək səhvini düzəldib.

Baydenin açıq tənqidçisi olan Texas senatoru Ted Cruz isə bu hadisənin Tvitter-də videosunun yayaraq “Birinci xanımın ərinin onun haqqında nə dediyindən xəbəri yoxdur” deyə Ağ ev rəhbərini tənqid edib.

Həmin anların görüntüsünü təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR