Narkotik satan şəxsdən 5 kq heroin aşkarlanıb

Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən 5 kiloqram heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum edilmiş paytaxt sakini Tariyel Quliyev Əhmədli qəsəbəsi ərazisində tutularaq istintaqa təqdim edilib. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Tariyel Quliyev paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Bu şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR