Ali Hərbi Məktəbə sənəd qəbulunun vaxtı açıqlanıb

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənədlərin qəbulu 1-30 aprel tarixlərində aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Metbuat.az-a verilən xəbərə görə cari ildən etibarən sənəd qəbulunda qəbul (buraxılış) imtahanını Azərbaycan dilində verən abituriyentlərlə yanaşı, imtahanı rus dilində verən abituriyentlər də iştirak edə bilərlər.

Xatırladaq ki, qeyd olunan təhsil müəssisələrində tədris Azərbaycan dilində təşkil olunur.

Abituriyentlər sənəd qəbulu haqqında elanların tam mətni ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR