Amerikalı hərbçilərin olduğu bazaya hücum edildi

İraqın Beled hərbi bazası hücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, mərmilər bazanın yaxınlığına düşüb. Məlumata görə, ərazidə azı 4 partlayış səsi eşidilib. Fəsadlar barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Beled hərbi bazasında müqavilə ilə xidmət göstərən ABŞ və digər ölkələrin hərbçiləri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR