"Uşaq əvvəl dilənirdi, indi general olmaq istəyir" - DİN

"Həmin uşağı küçədən tapmışdıq. Adını, kimliyini soruşmayın. Dilənirdi. Baxımsız idi. DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həmin uşağı dövlətin himayəsinə götürməklə hərbi təyinatlı təhsilə yönəltdi".

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev özünün feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, həmin uşaq hazırda yüksək nəticələr göstərir:

"Sevindirici məlumatlar gəlir. Deyir ki, mən general olmaq üçün çalışıram, oxuyuram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR