Rusiyada "Ukrayna zəlzələsi": Ölkə həbs dalğası ilə çalxalanır

Rusiyada çox sayda yüksək rütbəli hərbçi və kəşfiyyat əməkdaşı nəzarətə götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyadakı mənbələr “Bellingcat“ araşdırma portalına bildiriblər. İddialara görə, saxlanılanlar arasında Rusiya Milli Qvardiyasının rəis müavini general Roman Qavrilov da var. Qavrilov Kremlin hərbi əməliyyatları ilə bağlı məlumat ötürməkdə ittiham edilir. Böyük Britaniyanın “Times” qəzeti də öz mənbələrinə istinadən oxşar xəbər yayıb. Bildirilib ki, kəşfiyyatçıların Ukrayna əməliyyatlarından əvvəl hazırladığı hesabat özünü doğrultmayıb.

Hakim Vahid Rusiya partiyası isə iddiaları rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR