Aİ-nin ilk müdafiə konsepsiyasını təsdiqləyəcəyi tarix bəlli oldu

Martın 24-25-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində tarixdə ilk müdafiə konsepsiyası – hazırlanmasına Rusiyanın Ukraynadakı hərbi əməliyyatının çox böyük təsiri olan “Aİ-nin strateji kompası” təsdiqlənəcək.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətindəki mənbə bildirib.

“Aİ liderləri martın 24-25-də hazırlanmasına təxminən iki il əvvəl başlanmış, lakin Ukraynadakı müharibənin çox güclü təsir göstərdiyi “Aİ-nin strateji kompası”nı təsdiq edəcəklər”, - mənbə deyib.

“Bu sənəd birbaşa Ukrayna böhranı ilə bağlı deyil, yaxın 5-10 il üçün nəzərdə tutulub”, - o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR