Azərbaycan Premyer Liqası: Tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki,, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Sabah" "Səbail"i qəbul edəcək. "Bank Respublika Arena"dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XX tur

19 mart (şənbə)

16:45. “Sabah” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”.

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR