Zelenski AÇIQLADI: "Ukraynanın işğal planı iflasa uğradı"

“Rusiya qoşunlarının qarşısı alınıb, Ukraynanın işğalı planı iflasa uğradı”

Metbuat.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa videomüraciətində deyib.

"Ukrayna Silahlı Qüvvələrinin cəsurluğu və hazırlığı sayəsində işğalçı qoşunların demək olar, bütün istiqamətlərdə fəaliyyəti dayandırıldı. Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedirdi. Rus qoşunları hətta ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Tam hazırlıqsız kontingent. Döyüşdə yarım saat belə dözə bilməyən insanlar”, - deyə qeyd edib.

Zelenski bildirib ki, ordu Kiyev, Suma və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qarşısını alıb.

"Kiyev, Suma, Çerniqov vilayətlərində, ölkəmizin cənubunda ordu işğalçıları dayandırdı. Rusiya hərbçilərinin dövlətimizi ələ keçirmək üçün ilkin planı iflasa uğradı".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR