Daha bir boksçumuz yarımfinala çıxdı

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin görüşləri davam edir.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.

Belə ki, Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, dörddəbir finalda Marian Çinionu (Rumıniya) məğlub edib – 5:0.

Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 2 boksçusu dörddəbir final görüşünə çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR