Maşın yandırmaqda şübhəli bilinən iki qardaş saxlanılıb

Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR