Naftalanda həmkəndlisini öldürməklə hədələyən şəxs tutulub

Naftalanda həmkəndlisini öldürməklə hədələyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Metbuat.az-a məlumat verilib.

Martın 20-də Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini B.Qurbanov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün həmkəndlisi Y.Məmişovun onu öldürməklə hədələdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Y.Məmişov saxlanılıb, onu yaşadığı evə baxış zamanı qanunsuz saxladığı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR