Rusiya ABŞ-a NOTA verdi -

Rusiya Cofez Baydenin Vladimir Putin barəsində səsləndirdiyi fikirlərə görə ABŞ-a nota verib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona sözügedən məsələ ilə bağlı etiraz notası təqdim edilib.

“Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya Prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR