Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrosmeyster Sergey Karyakiyə 6 ay beynəlxalq yarışlarda iştirak qadağası qoyulub.
Metbuat.az xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.
Bildirilib ki, buna səbəb 32 yaşlı şahmatçının ölkəsinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi olub.
Qeyd edək ki, daha əvvəl FIDE Rusiya və belarus şahmatçılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.