Dünyada koronavirusla bağlı

Dünyada koronavirusa yoluxma sayı 472 686 967 nəfər, virusun qurbanlarının sayı isə 6 105 720 təşkil edib.

Metbuat.az "worldometers.info" saytına istinadən xəbər verir ki, bugünədək 408 856 869 nəfər virusdan sağala bilib.

Pandemiyadan ən çoz əziyyət çəkən ölkələr sırasında ilk üçlükdə ABŞ, Hindistan, Braziliya dayanır. Belə ki, virus dünyada baş qaldırandan bu yana ABŞ-də 81 448 402 nəfər virusa yoluxub, 998 840 nəfər isə vəfat edib.

Hindistanda da virusa yoluxma və ölüm sayı digər ölkələrlə müqayisədə çoxluq təşkil edir. Bu ölkədə 43 010 971 insan virusa yoluxub, 516 574 nəfər isə virusdan sağala bilməyib. Braziliyada da 29 641 848 nəfər virusa yoluxub, 657 363 xəstə isə vəfat edib.

Ölkəmizə gəlincə, indiyədək ümumilikdə 791 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9 659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR