Havanın keyfiyyət göstəriciləri yüksəlib

Mart ayının ikinci ongünlüyündən başlayaraq küləkli və yağıntılı günlərin üstünlük təşkil etməsi havada oksigenin miqdarının artmasına, Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin yaxşılaşmasına şərait yaradıb.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin Xətai, Nizami, Səbail, Nərimanov rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən mart ayında havada qaz qarışıqlarının və toz hissəciklərinin miqdarı norma daxilində olub:

“Yaxın günlərdə fasilələrlə az yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, mart ayının sonunadək havanın keyfiyyət göstəricilərinin yaxşı olacağı gözlənilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR