Azərbaycanlı hakim Yunanıstan millisinin oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

Metbuat.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olacaq.

Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, görüş martın 25-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR