Rusiyanın 2000-dən çox əsgəri itkin düşdü -

Rusiyanın müdafiə naziri Sergey Şoyqu 6-cı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Vladislav Yerşovu vəzifəsindən uzaqlaşdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalı jurnalist Roman Tsımbalyuk feysbuk hesabında məlumat yayıb.

O bildirib ki, Şoyqu general-leytenantı şəxsi heyətin kütləvi itkisində ittiham edib: “6-cı Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyətinin itkisi 2000 nəfərdən çoxdur, onlardan 180-ə yaxını çağırışçılardır”.

Onun sözlərinə görə, hazırda general Yerşov barəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR