"Google" gizli şəkildə Rusiyadan işçilərini çıxarmağa başladı

"Google" Rusiyadakı ofisini bağlamadı, lakin son həftələrdə ölkəni tərk etmək qərarına gələn işçilərini təxliyə etməyə başladı.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomberg" şirkətdəki mənbələrə istinadən məlumat yayıb .

"Onların vəzifədən getdikdən sonra nə vaxt işləyəcəkləri hələlik məlum deyil", -"Google" sözçüsü şərh verməkdən imtina edib.

Qeyd edilib ki, "Google"un Moskva ofisində 244 nəfər işləyib.

Mənbənin sözlərinə görə, şirkət 50-yə yaxın adamın çalışdığı Kiyev ofisinin əməkdaşlarını da təxliyə edib.

"Bloomberg" tərəfindən dərc edilmiş "Google"un daxili sənədlərinə görə, şirkət Ukraynadakı işçilərə təhlükəsizlik və digər dəstək göstərmək üçün gecə-gündüz işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR