Azərbaycanlı idmançıya ağır cəza:

Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb.

Metbuat.az "Matc TV"yə istinadən xəbər verir ki, 29 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin olimpiya medalından məhrum edilib.

Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb.

Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.

Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR