Türkiyədə mikroavtobus qəzaya uğradı -

Türkiyənin şimalındakı Amasya vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində 16 nəfər xəsarət alıb.

Qeyd olunur ki, sürücünün idarəetməni itirməsi səbəbi ilə avtomobil yol kənarına yuvarlanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR