Ukraynada hündürmərtəbəli binaya mərmi düşdü -

Ukraynanın Luqansk vilayətinin Rubijne şəhərində rus ordusunun mərmisi hündürmərtəbəli binaya düşüb.

Metbuat.az "Unian"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər, o cümlədən iki uşaq həlak olub. Bu barədə Luqansk vilayət hərbi-mülki administrasiyasının sədri Sergey Qayday məlumat verib.

"Faciə axşam saatlarında Rusiya ordusunun atəşi intensivləşdirdiyi vaxt baş verib. Təxminən saat 20:00 radələrində düşmən Rubejnoyedə hündürmərtəbəli binaya düşüb. Beşinci mərtəbədə mərmi partlayıb. Xilasedicilər ikisi uşaq olmaqla üç nəfərin öldüyünü aşkar ediblər”, - Qayday bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR