Ruslar Çerniqovu Kiyevlə birləşdirən körpünü partlatdı -

Rusiya həbrçiləri Çerniqovla Kiyevi birləşdirən körpünü partladıblar.

Bu barədə Metbuat.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Məlumata görə, martın 23-nə keçən gecə ruslar şəhəri Kiyevlə birləşdirən Desna üzərindən keçən avtomobil körpüsünə aviabombalar atıblar.

Sosial şəbəkədə dağılmış körpünün videosu yayılıb. Zərbə nəticəsində körpünün aşırımlarından birinin uçduğu görünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR